Bu il Azərbaycan istehsalı avtobusların ilk buraxılışı gözlənilir
İqtisadiyyat 20 May 2020 15:35:25 121 0
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsalı zavodunun inşası bitmək üzrədir
Hacıqabul Sənaye Məhəlləsində avtobusvə yük avtomobilləri istehsal edəcəkzavodun inşası bitmək üzrədir.
Bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
Onun sözlərinə görə, artıq zavodda avadanlıqların quraşdırılması gözlənilirdi: “Lakin bütün dünyada yayılmış koronavirus pandemiyasına görə avadanlıqların quraşdırılması təxirə salındı. İyunda avadanlıqların quraşdırılması ilə bağlı tarixlər dəqiqləşdiriləcək. Bu ilin sonuna qədər isəzavodda avtobusların ilk buraxılışı gözlənilir”.
Xatırladaq ki, 2019-cu il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş Sənaye" MMC-nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.Bu layihədə 25%-i “Azərmaş”a, 75%-i isə “Kartal Az”a məxsusdur.
Layihənin ümumi dəyəri 10 milyon avro təşkil edir. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodda ilkin mərhələdə 500 ədəd, ikinci mərhələdə 1 000 ədəd avtobus və yük avtomobilləri istehsal olunacaq. Bir ədəd avtobusun qiyməti modelindən asılı olaraq 135-200 min avro, yük avtomobilinin qiyməti 70-90 min avro təşkil edəcək.