Koronavirusdan daha bir qorunma üsulu faydasız hesab edildi


Dünya 19 May 2020 18:59:00 138 0

Koronavirusdan daha bir qorunma üsulu faydasız hesab edildi

Koronavirus pandemiyası fonunda hökumətlər tərəfindən qoyulan bəzi məhdudiyyətlərin, o cümlədən turistləri karantinə yerləşdirməyin heç bir faydası yoxdur.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu CNBC-yə müsahibəsində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) rəhbəri Aleksandr de Junyak bildirib.

"Biz hökumətləri xaricdən gələn vətəndaşların iki həftə təcrid olunması ilə bağlı karantin tədbirlərini tətbiq etməməyə çağırırıq", - o bildirib.

Təşkilat rəhbəri hesab edir ki, aviaşirkətlər və hava limanları tərəfindən temperaturun ölçülməsi, fərdi mühafizə vasitələrinin istifadəsinə nəzarət, təyyarə salonlarının keyfiyyətli təmizlənməsi və dezinfeksiya edilməsi, baqajın yüklənməsinə məhdudiyyətlər kimi həyata keçirilən sanitariya prosedurları infeksiyanın yayılmasının qarşısını almaq üçün kifayətdir.