Gürcüstan dövlətinin dəstəyi ilə Azərbaycana şirə ixracına başlanıldı


Dünya 19 May 2020 18:53:30 128 0

Gürcüstan dövlətinin dəstəyi ilə Azərbaycana şirə ixracına başlanıldı

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdindəki “Gürcüstanda istehsal et” Agentliyinin dəstəyi ilə Azərbaycana şirə ixracına başlanılıb.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdindəki “Gürcüstanda istehsal et” Agentliyinin dəstəyi ilə Azərbaycana şirə ixracına başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Azərbaycan sahibkarları ilə razılıq bu ilin fevralında Dubay şəhərində keçirilən “Gulfood 2020” beynəlxalq qida sərgisi çərçivəsində əldə olunub.

Razılığa əsasən, Azərbaycan Gürcüstan istehsalı olan “Campa” əmtəə nişanlı 20 min litr şirə idxal edib. Qida məhsulunun Azərbaycanla yanaşı, Çinə də tədarükü həyata keçirilib.

Hazırkı mərhələdə Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə də məhsulun ixracı ilə bağlı danışıqlar aparılır.