Serbiya 4 ölkə ilə sərhədləri açacaq


Dünya 19 May 2020 18:34:00 137 0

Serbiya 4 ölkə ilə sərhədləri açacaq

Serbiya iyunun 1-dən etibarən Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya və Monteneqro ilə sərhədləri açacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin xarici işlər naziri İvitsa Daçiç həmsərhəd ölkələrin nazirləri ilə videokonfrans zamanı deyib.

O bildirib ki, digər həmsərhəd ölkələr olan Yunanıstan, Bolqarıstan, Rumıniya, Sloveniya və Xorvatiya ilə sərhədlər epidemioloji vəziyyət düzəldikcə açılacaq.

Qeyd edək ki, Serbiya koronavirus pandemiyası ilə əlaqədar sərhədləri martın 15-də bağlayıb. Ölkədə bu günədək 10 mindən çox şəxs koronavirusa yoluxub, 231 nəfər ölüb.