Azərbaycanda bu şəxslər 454 min manat məbləğində inzibati cərimə edilib


Digərləri 19 May 2020 18:39:00 122 0

Azərbaycanda bu şəxslər 454 min manat məbləğində inzibati cərimə edilib

Azərbaycanda məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində də lazımi tədbirlər həyata keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.

Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı ümumilikdə 454 min manat inzibati cərimə tətbiq edilib.

2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb. Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.