Gürcüstan neft və neft məhsullarının idxalını 19% azaldıb


İqtisadiyyat 19 May 2020 12:18:17 131 0

Gürcüstan neft və neft məhsullarının idxalını 19% azaldıb

​Gürcüstan neft və neft məhsullarının idxalını 19% azaldıb

Gürcüstan bu ilin yanvar-aprel aylarında 157,7 mln. ABŞ dolları dəyərində təbii qaz tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Bu məhsulun qonşu ölkənin ümumi idxalındakı payı 6,4%-ə bərabər olub. İllik müqayisədə Gürcüstanın təbii qaz idxalı 1% artıb.

Hesabat dövründə Gürcüstan 171,2 mln. ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib. Ölkənin ümumi idxalındakı payı 7% təşkil edən bu məhsulun dəyərində illik müqayisədə 19% azalma qeydə alınıb.