ABŞ İranın PAYMENT24 şirkətinin rəhbərlərinə qarşı ittihamlar irəli sürüb


İqtisadiyyat 19 May 2020 10:30:10 129 0

ABŞ İranın PAYMENT24 şirkətinin rəhbərlərinə qarşı ittihamlar irəli sürüb

İranın “PAYMENT24” şirkətinin qurucusu və icraçı direktoru Seyid Səcad Şahidian və əməliyyat direktoru Vahid Vali ölkələrinə qarşı tətbiq edilən sanksiya qaydalarını pozub

İranın PAYMENT24 şirkətinin qurucusu və icraçı direktoru Seyid Səcad Şahidian və əməliyyat direktoru Vahid Vali ölkələrinə qarşı tətbiq edilən sanksiya qaydalarını pozub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin mətbuat büllitenində bildirilir.

Məlumata görə, onlar dələduzluqda, çirkli pulların yuyulmasında, şəxsi göstəricilərin oğurlanmasında, ABŞ-a qarşı cinayət törətməkdə ittiham olunurlar.

“Prokuror Erik Makdonald bu gün33 yaşlı Seyid Səcad Şahidian, 33 yaşlı Vahid Vali və PAYMENT24 şirkətinə qarşımaliyyə tranzaksiyaları həyata keçirərkən ABŞ-ın İrana qarşı tətbiq etdiyisanksiyalarını pozmaqla bağlı ittiham irəli sürüb”, - nazirliyin açıqlamasında vurğulanıb.

Məlumata görə,S.S.Şahidian Böyük Britaniyadan ABŞ-a ektradisiya edilsə də, V.Vali hələ ki, azadlıqdadır.

Xatırladaq ki, PAYMENT24 internetdəmaliyyə xidmətləri göstərən şirkətdir. Onun İranın Tehran, Şiraz və İsfahan şəhərlərində 40-a yaxın əməkdaşı var. ABŞ hökumətinin gəldiyi qənaətə görə, şirkətİrana qarşı sanksiyalarından yan ötməklə islam respublikasının vətəndaşlarınahesablaşmalarda yardım edib,ABŞ-dan lisenziyalı proqram təminatı əldə edərək qanunsuzxidmətlər göstərib.