Bakıda məcburi köçkünün mənzili qarət edildi


Kriminal 19 May 2020 10:21:00 152 0

Bakıda məcburi köçkünün mənzili qarət edildi

Bakıda mənzildən məişət əşyaları oğurlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayon Ramana qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı Şuşa şəhərciyində baş verib. Naməlum şəxslər həmin şəhərciyin sakini İlqar Babayevə məxsus mənzilə daxil olaraq oradan dəyəri 1 600 manat olan televizor, məişət əşyaları və 3 qol saatı oğurlayıblar.

Sabunçu 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1986-cı il təvəllüdlü Sərdar Qəzənov və 1989-cu il təvəllüdlü Hikmət Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.