Bakıda ildırım çaxması halları 10 dəfəyədək artıb


Digərləri 19 May 2020 10:37:00 145 0

Bakıda ildırım çaxması halları 10 dəfəyədək artıb

Bakıda ildırım çaxması halları 10 dəfəyədək artıb.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, 1960-1965-ci illərə qədər Bakıda ildırım il ərzində 1-2 dəfə çaxırdısa, indi ildırım 4-6 dəfə çaxır. Ancaq ümumilikdə Abşeron yarımadasında il ərzində ildırımlı günlərin sayı 1 gün və daha azdır.

M.Həsənov qeyd edib ki, adətən, ildırım çaxmasının intensivliyi, əsasən, yazdan yaya keçən dövrdə - may-iyun aylarında və yaydan payıza keçən dövrdə - sentyabr-oktyabr aylarında müşahidə edilir.

Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev isə Trend-ə deyib ki, Bakı şəhəri, o cümlədən Abşeron yarımadasında illdırımın çaxması bu ərazilər üçün zəif xarakterikdir.

Onun sözlərinə görə, Azərbaycanda ildırım çaxmasının ən güclü xarakterik olduğu ərazilər Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Ordubad, Şərur, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarıdır:

"Respublika ərazisində təbii fəlakət nəticəsində dəyən zərərin həcmi ilk növbədə onun bölgə və yaşayış məntəqələri üzrə əhatəliliyindən, daha sonra isə texnogen proseslərin intensivliyindən, təkrarlanmasından asılıdır. Ən çox zərər yaradan isə geoloji (zəlzələ, sürüşmə, uçqun) və hidrometeoroloji (sel, daşqın, subasma, doluvurma) proseslərdir".