''Qarşıma dəyərimi bilməyən, axmaq insanlar çıxdı''


Şou-biznes 08 May 2020 14:54:00 216 0

''Qarşıma dəyərimi bilməyən, axmaq insanlar çıxdı''

Tanınmış aktrisa Pərvin Abiyeva bu yaşına kimi ailə həyatı qurmamasından danışıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktrisa ''İnstagram''da canlı yayımda olarkən izləyicilərinin suallarını cavablandırıb. Aktrisa hələ də ailə qurmaması barədə bunları deyib:

''Əvvəlcə kariyera arxasınca düşdüm. Çünki, ağlım olmadı ailə həyatı qurmadım. Sonra da qarşıma dəyərimi bilməyən, axmaq insanlar çıxdı. Ən yaxşısı qismət deyib keçmək lazımdır. Qaldı ki, mənə tez-tez qocalmısız sözünü deyənlərə cavabım odur ki, siz də mən yaşadıqlarımı yaşasaydınız mənim kimi qocalardınız. Amma yaşamağınızı arzu etmirəm. Ancaq buna baxmayaraq,  mən çox güclüyəm'',- deyə, o, qeyd edib.