Latviyada fövqəladə vəziyyət rejimi müddətində ailə münaqişələrinin sayı artıb


Dünya 06 May 2020 02:01:00 211 0

Latviyada fövqəladə vəziyyət rejimi müddətində ailə münaqişələrinin sayı artıb

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejimi müddətində latviyalılar ailə münaqişələri ilə bağlı polisə daha çox müraciət edirlər. Latviyada fövqəladə vəziyyət rejimi müddətində ailə münaqişələri ilə bağlı polisə şikayətlərin sayı 37 faiz artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Dövlət Polis İdarəsi yayıb.

Məlumatda bildirilib ki, ötən il martın 13-dən 23-dək ölkədə ailə münaqişələri ilə bağlı polisə 922 və ya günə orta hesabla 22 zəng daxil olmuşdusa, bu il həmin müddət ərzində ailə münaqişələri ilə bağlı 1445 və ya gündə orta hesabla 35 zəng qeydə alınıb.

Eyni zamanda, polisin evə gələrək aqressiv əri və ya arvadı həbs etmək hallarının sayı azalıb. Ötən il qeyd olunan dövrdə polis 94, bu il fövqəladə vəziyyət rejimi müddətində isə 60 belə qərar qəbul edib.