Lənkəran şəhərində yanğın qeydə alınıb


Digərləri 10 Apr 2020 23:10:00 238 0

Lənkəran şəhərində yanğın qeydə alınıb

Lənkəran şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin Zövlə kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;