Tibb bacısı 35 nəfəri koronavirusa yoluxdurdu


Dünya 10 Apr 2020 22:20:00 106 0

Tibb bacısı 35 nəfəri koronavirusa yoluxdurdu

Birləşmiş Ərəb Əmirliyindən qayıtmış tibb bacısı Ulyanovsk əyalətində 35 nəfəri koronavirusa yoluxdurur.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın operativ qərargahı xəbər verib.

Bildirilir ki, tibb bacısı 10 martda Ərəbistandan gəlib, onda heç bir qrip və qızdırma olmayıb.

15 martda işə çıxan tibb bacısı xaricdə olduğunu rəhbərliyə bildirməyib və işinə davam edib.