Dünyada koronavirus qurbanlarının sayı 100 mini ötüb


Dünya 10 Apr 2020 22:24:00 113 0

Dünyada koronavirus qurbanlarının sayı 100 mini ötüb

Dünyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 100 min nəfəri ötüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Məlumata əsasən, ən çox ölüm halı İtaliyada (18 849), ABŞ-da (17 925), İspaniyada (15 970), Fransada (12 210) və Böyük Britaniyada (8 958) qeydə alınıb. Ölənlərin ümumisayı 100 376 nəfər təşkil edir.

Bildirilir ki, koronavirusa yoluxma hallarının da sayı artaraq 1,6 milyon ötüb. Xəstəlikdən 368 mindən artıq insan sağalıb.