Heydər Əliyev Mərkəzindən İspaniyaya dəstək VİDEO


Digərləri 10 Apr 2020 21:49:00 153 0

Heydər Əliyev Mərkəzindən İspaniyaya dəstək  VİDEO

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 10-da Heydər Əliyev Mərkəzinin binası üzərinə İspaniya Krallığının bayrağı videoproyeksiya olunub. Bayraq təsvirini ispan musiqisi müşayiət edib.

Bu barədə Trend-ə Mərkəzdən bildiriblər.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya və Rusiyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.