Koronavirusa yoluxmuş Əli Laricaninin səhhəti necədir?


Dünya 10 Apr 2020 21:59:00 111 0

Koronavirusa yoluxmuş Əli Laricaninin səhhəti necədir?

Koronavirusa yoluxmuş İran parlamentinin sədri Əli Laricaninin səhhəti yaxşılaşıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ə. Laricaninin müşaviri Həsən Zamani deyib. 

O bildirib ki, Ə. Laricani özünü yaxşı hiss edir və onun səhhətində problem yoxdur.

"Həkimlərin tövsiyəsinə uyğun olaraq o, ev şəraitdə karantindədir. Həkimlər bildirib ki, Əli Laricani 15 gün karantində qalmalıdır", - deyə H. Zamani vurğulayıb.