Koronavirusa qalib gələn məşhur müğənni:


Digərləri 10 Apr 2020 21:39:00 133 0

Koronavirusa qalib gələn məşhur müğənni:

Bir müddət əvvəl koronavirus infeksiyasına yoluxduğunu açıqlayan müğənni Pinkdən yeni xəbər var.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, 40 yaşlı sənətçi sağaldıqdan sonra həmin anlar yaşadıqlarını bölüşüb. Bu haqda Pink Ellen Decenersin şousunda danışıb.

O bildirib ki, özü ilə yanaşı 3 yaşlı oğlu da COVID-19-la mübarizədə qalib gəlib:

"İndi yaxşıyıq. Həftənin hansı günü olduğunu belə unutmuşam. Oğluma görə xəbəri gizli saxladım. İndi ailəm yaxşıdır. İlk əvvəl oğlum xəstələndi: hərarət, qarın ağrısı, sinəsində ağırlıq, boğaz şişmək. Bunlar bütün simptomlar deyil. Hər gün vəziyyət ağırlaşır və yeni simptomlar yaranır.