İtaliyada pandemiya qurbanlarının sayı 19 minə yaxınlaşır


Dünya 10 Apr 2020 20:28:49 133 0

İtaliyada pandemiya qurbanlarının sayı 19 minə yaxınlaşır

İtaliyada son sutkada&daha 570 nəfər koronavirusun qurbanı olub.

İtaliyada son sutkadadaha 570 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 18 849-a çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 3 951 nəfər artaraq 147 577-yə yüksəlib.

İtaliyada koronavirusdan sağalanların sayı isə 30 455 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 647 000-i ötüb. Bunların 369 116 nəfəri sağalıb, 100 260 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.