İspaniyalı nazir koronavirusdan sağalıb


Dünya 10 Apr 2020 20:40:00 109 0

İspaniyalı nazir koronavirusdan sağalıb

İspaniyanın Ərazi siyasəti naziri Karoluina Dias koronavirusdan sağalıb.

Son.az APA-ya istinadən xəbər verir ki, o, 30 günlük müalicədən sonra koronavirusa qalib gəldiyini bildirib.

"30 gündən sonra COVID-19-a qalib gəldim. Bu müddətdə izolyasiyada olsam da, özümü heç vaxt tənha hiss etmədim. Mənimlə bu yolda olan hər kəsə təşəkkür edir, virusla mübarizəni davam etdirənlərə güc arzulayıram", - xanım nazir "Twitter" hesabında yazıb.