Tacikistan sərhədləri bağladı


Dünya 10 Apr 2020 20:04:00 129 0

Tacikistan sərhədləri bağladı

Tacikistan koronavirus epidemiyasının qarşısının alınması məqsədilə xarici vətəndaşlar üçün sərhədi bağlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Giriş-çıxış məhdudiyyəti dövlət sərhədinin bütün keçid məntəqələrində tətbiq olunub.

Ölkəyə yalnız diplomatlar, beynəlxalq təşkilat və maliyyə institutlarının əməkdaşları gələ bilər. Bu şəxslər də ölkədə daxil olduqdan sonra 14 gün müddətində karantinə alınmalıdır.