Kürdəmirdə dəfələrlə məhkum olunan gənc yenidən həbs edildi


Digərləri 10 Apr 2020 20:09:00 116 0

Kürdəmirdə dəfələrlə məhkum olunan gənc yenidən həbs edildi

Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayon sakini Əhmədova Xəyalə Elxan qızı Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək, naməlum şəxslərin ona məxsus yaşayış evinə qanunsuz daxil olaraq, oradan təxminən 2 000 manat dəyərində müxtəlif adda əşyaların oğurlanmasını bildirib.

Bununla bağlı Kürdəmir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 21 yaşlı Elməddin Hacıyev həbs edilib.

Onun əvvəllər dəfələrlə məhkum olunduğu bildirilir.

İlkin dindirmə zamanı o, etdiyi oğurluq əməlini etiraf edib.

Qeyd edək ki, H.Elməddin X.Əhmədovaya məxsus evə pəncərəni sındırmaq yolu ilə daxil olaraq oradan müxtəlif məişət avadanlıqları, ərzaq məhsulları, təsərrüfat təyinatlı avadanlıqlar oğurlayıb. O, ümumilikdə qadına 2 064 manat məbləğində maddi ziyan vurub.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsinin istintaq qrupunda cinayət işi açılıb, istintaq işləri aparılır.

Hazırda Kürdəmir rayon polis şöbəsində E.Hacıyevin digər oğurluq əməlini törədib törətməməyi barəsində araşdırmalar davam etdirilir.