Koronavirusu 20 dəqiqədə müəyyən edən


Dünya 10 Apr 2020 19:34:00 110 0

Koronavirusu 20 dəqiqədə müəyyən edən

Cənubi Koreyada koronavirusu 20 dəqiqədə analiz etməyə imkan verən bir reagent (kimyəvi reaksiyanın meydana gəlməsini asanlaşdıran maddə) yaradılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Daequ Elm və Texnologiya institutu açıqlama yayıb. Bildirilib ki, biokimyəvi analizlər zamanı reaksiyaları sürətləndirən və asanlaşdıran reagent vasitəsilə test müddətini 20 dəqiqəyə qədər qısaltmaq mümkün olacaq.

Artıq 120-dən çox ölkə Cənubi Koreyaya yaratdığı koronavirus analiz dəstlərini almaq və ya humanitar yardım olaraq əldə etmək üçün sorğu göndərib.

Xatırladaq ki, Cənubi Koreya alimləri ilkin mərhələdə də koronavirus testlərinin müddətini 2 gündən 6 saata endirə bilmişdi.