Kənd təsərrüfatı məhsullarının qiyməti artdı:


Digərləri 10 Apr 2020 18:34:00 135 0

Kənd təsərrüfatı məhsullarının qiyməti artdı:

Koronavirus pandemiyasının ölkədə yayıldığı vaxtdan sonra meyvə və tərəvəzlərin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Satıcılarsa, bu qiymət artımına bir neçə səbəb gətirirlər.

Son.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Satıcı: "Çox adam mal gətirə bilmir, bazarda kasadlıqdır. Ona görə də qiymətlərdə 15-20 qəpik fərq edib".

Satıcı: "Kartof və ya soğan, koronavirus oldu, ya olmadı, ilin bu vaxtı qutarır və qıtlaşır. Bu artım isə mövsümidir".

Satıcı: "Yollar bağlı olur, ən çox ona görə bahalıqdır, bir də Azərbaycana məhsul gəlmir. İndi Şəkinin pomidoru baha deyil, qıraqdan gələnlərdə ancaq bahalıq var. Kəndlilərin də məhsul gətirə bilməməsi qiymətə bir xeyli təsir edir".

Səbəblər müxtəlif olsa da, bazarlarda qiymət artımı göz qabağındadır. Bu da əlbəttə ki, alıcıların cibinə təsir edir. Əhalinin ən çox tələbat duyduğu məhsullardan kartof və soğanın qiyməti kiloqramında 20-60 qəpik civarında bahalaşıb. Bu artım digər tərəvəz məhsullarında da müşahidə olunur.

Alıcı: "Hamısında var artım, məsələn gedirdik bir həftəlik bazarlıq edirdik çıxırdı 40 manat, indi ancaq 70 manat çıxır".