Bakıda xəttə 24 saat işləyən avtobuslar buraxıla bilər


İqtisadiyyat 10 Apr 2020 16:51:55 111 0

Bakıda xəttə 24 saat işləyən avtobuslar buraxıla bilər

Bakıda xəttə 24 saat işləyən avtobuslar buraxıla bilər

© Report

Bakıda xəttə 24 saat işləyəcək ekspress avtobusların buraxılması istisna edilmir.

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevbildirib.

"Agentlik epidemioloji vəziyyətə, hadisələrin inkişafına uyğun fəaliyyət planları hazırlayaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edib. Hazırdahəyati əhəmiyyətli obyektlərin, xüsusilə də ərzaq mağazalarının və apteklərin gündəlik nə qədər işçilərinin işə getdiyini araşdırırıq. Ola bilsin ki, 24 saat xidmət göstərən ekspress xətlər fəaliyyətə başlasın və yaxud sərnişin az olan marşrutlar üzrə avtobusların hərəkəti dayandırılsın. Bununla bağlı yekun qərarıOperativ Qərargah verəcək", - o qeyd edib.