Portuqaliyada koronavirusdan ölənlərin sayı artdı


Dünya 10 Apr 2020 16:56:44 101 0

Portuqaliyada koronavirusdan ölənlərin sayı artdı

Aprelin 17-dək Portuqaliyada fövqəladə vəziyyət rejimi davam edəcək

Portuqaliyada son sutkada koronavirusa 1 500 yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Portuqaliya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada ölənlərin sayı 26 nəfər artaraq 435-ə çatıb.

Məlumat görə, COVID-19-a yoluxanların ümumi sayı 15 472 nəfər olub.

Qeyd edək ki, aprelin 17-dək Portuqaliyada fövqəladə vəziyyət rejimi davam edəcək.