Azərbaycan nefti bahalaşıb


Digərləri 10 Apr 2020 16:51:00 109 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 9-da 25,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,04 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 24,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 21,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel çoxdur.