İlham Əliyev: "Türkdilli ölkələrdən yük daşımaları artıb"


İqtisadiyyat 10 Apr 2020 17:06:45 125 0

İlham Əliyev: "Türkdilli ölkələrdən yük daşımaları artıb"

İlham Əliyev: "Türkdilli ölkələrdən yük daşımaları artıb"

İlham Əliyev

"Türkdilli ölkələrin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev onuntəşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündə bildirib.

"Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk 3 ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur", - deyə o, qeyd edib.