Meksika OPEC+ və ABŞ-la razılaşdı


İqtisadiyyat 10 Apr 2020 17:07:29 128 0

Meksika OPEC+ və ABŞ-la razılaşdı

​Meksika neft hasilatını azaltmaqla bağlı OPEC+ və ABŞ ilə razılaşdı

Meksika neft hasilatını azaltmaqla bağlı Neft-İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilatadaxil olmayan ölkələr (OPEC+) və ABŞ ilə razılaşıb.

“Report”un məlumatına görə, bu barədə “Bloomberg” agentliyi Meksikanın dövlət başçısı Manuel Lopes Obradora (Andrеs Manuel Lоpez Obrador)” istinadən xəbər verir.

Qeyd edək ki, cümə axşamından cümə gününə keçən gecə OPEC+ ölkələri arasında Meksikanın bu quruma qoşulması şərti ilə neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə olunub. Belə ki, Meksika azaltma ilə bağlıalyansın 11 saatlıq iclasında razılığa gəlməyib.