Dünyada ən çox “Oskar” qazanan sənətçi... FOTO


Digərləri 10 Apr 2020 16:56:00 146 0

Dünyada ən çox “Oskar” qazanan sənətçi...  FOTO

Aktyorların əksəriyyəti birdən çox "Oskar"ın sahibidir.

Son.az axşam.az-a istinadən bildirir ki, ən çox "qızıl adam"ın sahibi olan şəxs sizi isə çaşdıra bilər.

Aktyor Maherşala Ali ötən il "Yaşıl kitab" filmindəki rolu üçün evinə iki "Oskar" aparıb. İndiyədək cəmi 2 dəfə namizəd olan Alinin "Oskar"ı qazanma şansı 100% olub. İki "Oskar" almaq prestijli səslənsə də, tarixdəki bəzi aktyorlarla müqayisə etsək, bu, o qədər də heyranedici deyil.

Merayl Stripi isə sevənlərin sayı xeylidir, lakin o, ən çox "Oskar"a sahib şəxs deyil. İndiyədək 21 dəfə namizəd olsa da, rekord aktrisanın əlində deyil. 2018-ci ildə "The Post" filmi ilə "Oskar" qazansaydı, bu gün bu siyahıda birinci ola bilərdi.

Lakin yenə də birincilik aktrisalardadır. İndiyədək ən çox "Oskar" qazanan aktrisa Ketrin Hepbörndür. Karyerası boyu 4 "Oskar" qazanan Ketrin 26 yaşında məşhurlaşıb. O, 1933-cü ildə "Sarmaşıq" filmi ilə ilk "Oskar"ını qazanıb. Bundan sonra 34 il "Oskar" qazana bilməyən Hepbörn 1967-ci ildə "Şam yeməyinə kim gəlir" filmi ilə ikinci, 1968-ci ildə "Lion" filmi ilə üçüncü, 1981-ci ildə isə "Qızılı gölməçə" adlı ekran işi ilə dördüncü "Oskar"ını əldə edib.