Bakıda nəqliyyat vasitələrinin axını 30% azalıb


İqtisadiyyat 10 Apr 2020 16:18:27 147 0

Bakıda nəqliyyat vasitələrinin axını 30% azalıb

Bakıda nəqliyyat vasitələrinin axını 30% azalıb

© Report

Bakı Nəqliyyat Agentliyinə məxsus"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin aprelin 1-9-dapaytaxtın43 küçə və prospektində apardığı araşdırmalara əsasən, nəqliyyat vasitələrinin axını əvvəlki vaxtlarla müqayisədə təxminən 30% azalıb.

"Report" xəbər verir ki, bunu Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Bununla belə, onun sözlərinə görə, xarici ölkələrin şəhərlərinin təcrübəsində xüsusi karantin günlərində yollarda nəqliyyatın azalmasıazı 60-70% təşkil edir.

"Bakıda ən çox azalma aprelin 5-də, ən az azalma isə aprelin 1-dəqeydə alınıb. Son iki gündə, yəni aprelin 8-9-da isə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur", - M.Ağayev əlavə edib.