Bu xəstəlikdən əziyyət çəkənlərin virusa yoluxma riski 23 dəfə artacaq


Digərləri 10 Apr 2020 16:34:00 129 0

Bu xəstəlikdən əziyyət çəkənlərin virusa yoluxma riski 23 dəfə artacaq

Ölkəmizdə koronavirusdan dünyasını dəyişənlərin statistikası açıqlanıb. Vəfat edən 8 xəstənin 6-sı şəkərli diabet xəstəsi olub. Həkimlər tətbiq olunan izolyasiya tədbirləri və karantin rejiminə əməl edilmədiyi təqdirdə, şəkərli diabet xəstələri arasında yoluxma riskinin daha da artacağını proqnozlaşdırır.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən həkim Vasif İsmayıl bu xəstəlikdən əziyyət çəkən xəstələri xəbərdar edib.

O, çıxış yolunu karantin rejiminə və digər qaydalara əməl etməkdə görüb:

"Əvvəlcədən də elan olunmuşdu ki, böyrək, ürək çatışmazlığı, yüksək qan təzyiqi olan, o cümlədən də şəkərli diabetdən əziyyət çəkən xəstələr xüsusi risk qrupuna daxildir. Bunun da səbəbləri var. Şəkərli diabet birbaşa insanın immun sistemi üzərində neqativ təsirə malikdir. Digər sağlam insanlarla müqayisədə belə xəstələrin immun sistemi çox zəif olur və virusa asanlıqla yoluxa bilirlər. Bu virus da əsasən immun sistemi zəif olan insanları risk altında qoyur. Sadalanan xəstəlikləri olanlar, eləcə də şəkər xəstələri vaxtlı-vaxtında dərmanlarını qəbul etməli, ilk növbədə özlərini izolyasiya etməlidirlər. Əgər belə xəstələr özlərini qorumasalar, onların yoluxma riski iki-üç dəfə artacaq".