Ermənistan koronavirusun yayılmasının nəzarətdən çıxdığını açıqladı


Dünya 10 Apr 2020 15:57:08 133 0

Ermənistan koronavirusun yayılmasının nəzarətdən çıxdığını açıqladı

Arsen Torosyan: “Biz koronavirusun yayılmasını dayandırdığmızı və infeksiya ocağını tamamilə söndürdüyümüzü deyə bilmərik"

Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirus pandemiyasınınyayılmasının nəzarətdən çıxdığını açıqlayıb.

“Report” “Aysora”a istinadən xəbər verir ki, o, bu barədəaprelin 10-da Ermənistan parlamentinin Səhiyyə və sosial məsələlər üzə daimi komissiyasının iclasında çıxışı zamanı məlumat verib.

“Biz koronavirusun yayılmasını dayandırdığmızı və infeksiya ocağını tamamilə söndürdüyümüzü deyə bilmərik. Məsələn, əvvəllər biz bir mənbədən 50 fakt qeyd alırdıqsa, indi 10, yaxud 20 mənbədən 16, 20, 30 hadisə aşkarlayırıq. Ona görə də koronavirusun dövriyyəsinin nəzarətdən çıxdığını deyə bilərik”, - nazir bildirilib.