Bakıda gündəlik sərnişin daşınmasının sayı açıqlanıb


İqtisadiyyat 10 Apr 2020 15:34:56 123 0

Bakıda gündəlik sərnişin daşınmasının sayı açıqlanıb

Bakıda gündəlik sərnişin daşınmasının sayı açıqlanıb

© Report

“Hazırda Bakıda7 ekspress marşrut xətti üzrə 100-ə yaxın avtobus sərnişindaşımaya cəlb edilib. Bir o qədər də avtobus metro stansiyalarının qarşısında saxlanılır. Ehtiyac olduğu təqdirdə onlar da sərnişindaşımaya cəlb olunur”.

"Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyininmətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, son günlər sərnişindaşımada artım var: "Aprelin 1-də 614 142 sərnişin daşınıb. Aprelin 2-3-də daşınan sərnişinin sayı 550 -570 min arasında olub. Aprelin 4-də 490 230, aprelin 5-də, yəni bazar günü 177 209 sərnişin daşınıb. Aprelin 6-7-də 370-390 min arasında sərnişin daşınması həyata keçirilib. Aprelin 8-i 420 mindən çox, aprelin 9-da isə 450 mindən çox sərnişin daşınıb”, - o qeyd edib.

Bundan başqa,M.Ağayevinsözlərinə görə, insanlar xüsusi karantin rejimininipozmaqda davam edir: "Sərnişinlərimizə müraciət edərək bildirirk ki, onlar xüsusi karantin rejiminə əml etsinlər”.