“Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq”


Digərləri 10 Apr 2020 15:31:00 186 0

“Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq”

"Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq". Bu sözləri Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov deyir.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, qorunma cəhdlərinə baxmayaraq bütün insanların koronavirusa yoluxacağını bildirən Əsədov virusla bağlı aşağıdakı proqnozları verib:

25 % insan virusa yoluxduğunu heç bilməyəcək. Ayaqüstə keçirəcəklər. Orqanizmdə hansı hadisələrin cərəyan etdiyindən xəbərləri belə olmayacaq.

35 % insanda yüngül qrip əlamətləri, öskürək olacaq. Onlar da orqanizmin daxili qüvvələrinin hesabına sağalacaq.

20 % insanda ağır əlamətlər olacaq. Hərarət yüksək rəqəmlərə çatacaq. Qospitalizasiyaya ehtiyac yaranacaq. Amma saqalacaq.