Rusiyada koronavirusa yoluxanların sayı 12 minə yaxınlaşır


Dünya 10 Apr 2020 15:39:00 110 0

Rusiyada koronavirusa yoluxanların sayı 12 minə yaxınlaşır

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 1 786 nəfər koronavirusa yoluxub.

Daha 18 nəfər isə virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 11 917 nəfər koronavirusa yoluxub, virusdan ölənlərin sayı 94 nəfərə çatıb.