Ötən gün Belçikada koronavirusdan ən çox ölüm qeydə alınıb
Dünya 10 Apr 2020 15:01:15 131 0
Belçikada koronavirusdan gün ərzində ən çox ölüm halları qeydə alınıb
Belçikada son 24 saat ərzində koronavirusdan 325 nəfər dünyasını dəyişib.
“Report” VRT-yə istinadən xəbər verir ki, bu,gündəlik rekord göstərici sayılır. Onlardan114 nəfəri xəstəxanalarda, 211 nəfəri də evdə keçinib.
Milli Böhran Mərkəzinin bu gün növbəti gündəlik mətbuat konfransında həmçinin ölənlərin ümumi sayının 3 019 nəfərə çatdığı da bildirilib. Son 24 saatda COVID-19 vurusuna yoluxan 462 nəfər xəstəxanalara yerləşdirilib, 404 nəfər isə xəstəxanalardan buraxılıb. Xəstəxanalarda koronavirusla yatan 5 610 xəstənin 1 278 nəfəri intensiv terapiya bölmələrində müalicə olunur.
Həmçinin son 24 saat ərzində ölkədə koronavirusa daha 1 684 nəfər yoluxaraq ümumi sayları 26 667 nəfərə çatıb.
Qeyd edək ki, Belçikada martın 14-dən tətbiq edilən ciddi karantin rejimi ayın 27-də verilən hökumətin qərarı ilə aprelin 19-dək uzadılıb. Sərhədləri bağlı olan ölkədə hər cür səyahətlər qadağandır, sakinlər yalnız öz dairələri çərçivəsində hərəkət edə bilər. Həmçinin dükanlarda, ictimai nəqliyyatda sosial məsafə qaydası qüvvədədir.