AMEA sahibkarlıqdan qazandığını işçilərin sosial müdafiəsinə yönəldəcək


Sosial 10 Apr 2020 15:02:11 137 0

AMEA sahibkarlıqdan qazandığını işçilərin sosial müdafiəsinə yönəldəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tətbiqi elmi tədqiqatların aparılması, dövlət elmi-texniki tapşırıqlarının yerinə yetirilməsi, yeni texnika nümunələrinin və yeni texnologiyaların yaradılması üzrə təcrübə-konstruktor işlərini innovasiya siyasətini, bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyətini həyata keçirəcək.

© Report

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tətbiqi elmi tədqiqatların aparılması, dövlət elmi-texniki tapşırıqlarının yerinə yetirilməsi, yeni texnika nümunələrinin və yeni texnologiyaların yaradılması üzrə təcrübə-konstruktor işlərini innovasiya siyasətini bu nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyətini həyata keçirəcək.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, AMEA sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri Akademiyanın inkişafına və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldəcək.