Belarusda koronavirusa yoluxanların sayı 1 700-ü keçdi


Dünya 10 Apr 2020 15:14:38 104 0

Belarusda koronavirusa yoluxanların sayı 1 700-ü keçdi

Qeyd edək ki, ötən gün infeksiyaya yoluxanların sayı 1 486 nəfər olub.

Belarusda son sutkada koronavirusdan ölənlərin sayı 19 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, infeksiyaya yoluxanların sayı 1 793 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 615 000-i ötüb. Bunların 362 572 nəfəri sağalıb, 96 794nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.