Ramil Həsən: "Azərbaycanda əhalinin sağlamlığının qorunması xüsusi diqqət mərkəzində saxlanılır"


Digərləri 10 Apr 2020 15:01:00 176 0

Ramil Həsən: "Azərbaycanda əhalinin sağlamlığının qorunması xüsusi diqqət mərkəzində saxlanılır"

Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli tədbirlər həyata keçirilir, əhalinin sağlamlığının qorunması xüsusi diqqət mərkəzində saxlanılır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

R.Həsən bildirib ki, görülən bütün işlər məhz insanların sağlamlığının qorunmasına, bu təhlükəli xəstəliyin qarşısının alınmasına yönəlib.

Millət vəkilinin sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin nəzarəti altındadır.

R.Həsən əlavə edib ki, infeksiyanın geniş yayılmasının qarşısının alınması üçün hökumət tərəfindən mühüm addımlar atılmaqdadır:

"Ölkəmizin səhiyyəsi, fədakar tibb işçiləri bu prosesdə səfərbər olunublar. Bu günə qədər 57 min test aparılıb ki, bu, çox yaxşı göstəricidir. Bunun nəticəsində, yoluxma hallarının olub olmamasını daha tez öyrənmək mümkündür".