Tramp kəşfiyyatın Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdarlığını saxta adlandırdı


Dünya 10 Apr 2020 14:55:00 112 0

Tramp kəşfiyyatın Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdarlığını saxta adlandırdı

ABŞ Prezidenti Donald Tramp ötən ilin noyabrında kəşfiyyatın Çinin Uhan şəhərində koronavirusun yayılması barədə xəbərdarlığını saxta adlandırıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti "Twitter"də bildirib.

O vurğulayıb ki, ABC telekanalı məsələ ilə bağlı yalan xəbər yayıb.

"Onlar bu yalan xəbəri yazanda səhv etdiklərini bilirdilər", - D. Tramp qeyd edib.

Xatırladaq ki, ABC telekanalı Amerika kəşfiyyatının hələ 2019-cu ilin noyabr ayında ABŞ hakimiyyətini Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdar etdikləri haqda məlumat yayıb.