Bu müəssisələrdə psixoloji xidmətlərin təşkili təklif olunur


Siyasət 10 Apr 2020 14:48:48 116 0

Bu müəssisələrdə psixoloji xidmətlərin təşkili təklif olunur

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)&hüquqi islahatlar çərçivəsində həbs yerlərində, o cümlədən penitensiar müəssisələrdə və müvəqqəti saxlama yerlərində müasir, effektiv psixoloji xidmətlərin təşkil edilməsini təklif edib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)hüquqi islahatlar çərçivəsində həbs yerlərində, o cümlədən penitensiar müəssisələrdə və müvəqqəti saxlama yerlərində müasir, effektiv psixoloji xidmətlərin təşkilini təklif edib.

"Report" xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda deyilir.

Qeyd olunub ki,İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən başçəkmələrin nəticələrinin, daxil olmuş ərizə və müraciətlərin hüquqi təhlili əsasında müvafiq dövlət qurumlarına təqdim edilib, illik məruzələrdə öz əksini tapmış təkliflər normativ hüquqi aktların qəbulu prosesində, eləcə də dövlət qurumlarının gündəlik fəaliyyətində nəzərə alınıb.

Bildirilib ki,Nazirlər Kabinetinin 8 aprel 2020-ci il, 130 nömrəli Qərarı əsasında həbs yerlərində və qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan şəxslərin də psixoloji yardım almaq hüquqlarının təkmilləşdirilməsi və genişləndirilməsi təqdirəlayiqdir.

Məlumatda vurğulanıb ki, müvafiq qərarla “Psixoloji yardım haqqında” qanunla müəyyənləşmiş qaydada ödənişsiz psixoloji yardım almaq hüququnun istintaq təcridxanalarının, müvəqqəti saxlama yerlərinin və qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam qaydalarına da daxil edilməsi təmin olunub.

Həmçinin qeyd edilibki,Ombudsman Səbinə Əliyeva pandemiyanın miqyasının genişləndiyi şəraitdə psixoloji vəziyyətləri də nəzərə alınmaqla, öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərin də hüquqlarının təmini məsələlərini diqqətdə saxlayır və səlahiyyətli qurumlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə, COVID-19-la bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının təlimatına, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitənin (SPT) tövsiyəsinə və İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) qəbul etdiyi prinsiplərə əsaslanmaqla onların hüquqlarının effektiv təmini məsələlərinin nəzarətdə saxlanılmasını tövsiyə edir.