Güclü təsiredici dərman satan aptek müdiri hakim qarşısına çıxarılır


Sosial 10 Apr 2020 14:37:17 152 0

Güclü təsiredici dərman satan aptek müdiri hakim qarşısına çıxarılır

Mingəçevirdə güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz satışıında təqsirləndirilən Eldəniz Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

© pexels.com

Mingəçevirdə güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz satışıında təqsirləndirilən Eldəniz Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Hakim Hüseyn Mirzəliyevin icraatında olan iş üzrə hazırlıq iclası aprelin 21-ə təyin edilib.

Qeyd edək ki, Minəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Aptekə keçirilmiş baxış zamanı oradan 77 ədəd güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatları aşkar olunaraq götürülüb.

E.Səmədova Cinayət Məcəlləsinin 240.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham verilib.