Cem Yılmazın dəbdəbəli villasında yanğın olub FOTO


Digərləri 10 Apr 2020 14:31:00 108 0

Cem Yılmazın dəbdəbəli villasında yanğın olub  FOTO

Məşhur şoumen Cem Yılmazın sevgilisi Serenay Sarıkaya ilə birlikdə yaşadığı villasında yanğın panikası yaşanıb.

Son.az ölkə.az-a istinadə xəbər verir ki, şoumenin villasının zirzəmisində zibil yığılan ərazidə yanğın başlayıb. Evdəki qulluqçulardan biri çıxan tüstünü gördüyü an yanğına müdaxilə edib. Yanğın qısa müddət ərzində söndürülüb.

Qapının ağzında olan muxbirlərə isə elə həmin qulluqçu açıqlama verərək zibil qabında unudulan hanısa əşyanın yanğına səbəb olduğunu deyib. Cem Yılmaz və Serenay Sarıkaya isə kameralara tuş gəlməmək üçün evlərindən çıxmayıblar.