Ermənistanda koronavirusdan ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB


Dünya 10 Apr 2020 14:05:00 118 0

Ermənistanda koronavirusdan ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB

Qeyd edək ki, aprelin 14-dək Ermənistanda koronavirusa qarşı mübarizə məqsədi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ermənistanda daha birkoronavirusdan ölüb.

“Report” Ermənistan KİV-inəistinadən xəbər verir ki, bununla daölkədə pandemiyanın öldürdüyü insanların sayı 12-yə çatıb.

*** 11:11

Ermənistanda koronavirusa yoluxanların sayı 937-yə çatıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı aprelin 10-da ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi yayıb.

Bildirilib ki, son sutkada daha bir nəfər virusdan ölüb. Bununla da ölənlərin sayı 11-ə çatıb.

Son sutkada isə daha 16 nəfərin infeksiyaya yoluxması qeydə alınıb.

Qeyd edək ki, aprelin 14-dək Ermənistanda koronavirusa qarşı mübarizə məqsədi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.