Kabab bişirmək istədi,


Dünya 10 Apr 2020 13:15:30 221 1

Kabab bişirmək istədi,

Bağ evində kabab bişirmək həvəsinə düşən gənc ehtiyatsızlıqdan qonşularının evlərini yandırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Kemerovo vilayətində qeydə alınıb.

Vilayətin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yanğın nəticəsində qonşuluqda yerləşən doqquz ev yararsız hala düşüb.

Odla ehtiyatsız davranan 29 yaşlı şəxs yeddi milyon rubl (təxminən 160 min manat) cərimə ödəməli olacaq.