Koronavirsun mutasiyaya uğramış tiplərinin yayılma xəritəsi FOTO


Dünya 10 Apr 2020 13:09:31 130 0

Koronavirsun mutasiyaya uğramış tiplərinin yayılma xəritəsi  FOTO

Koronavirusun növbəti dəfə mutasiyaya uğradığı aşkarlanıb.

Son.az Metro-ya istinadla xəbər verir ki, əvvəllər koronavirusun iki formasının olduğu deyilirdisə, artıq bu virusun A və B tipindən əlavə tipləri də mövcuddur.

Araşdırmalar ötən ilin dekabrından bu ilin aprel ayına qədər aparılıb. Koronavirusun insanlarda göstərdiyi təsirləri araşdıran alimlər bu virusun dəfələrlə mutasiyaya uğraması qənaətinə gəliblər.

160 virus genomunu araşdıran alimlərin qənaətinə görə, Avstraliya və ABŞ-dakı xəstələrdə tapılan koronavirus Çin və Avropadakılara nisbətən daha çox yarasalarda aşkarlananla bənzərlik təşkil edir.