Estoniyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü


Dünya 10 Apr 2020 12:53:18 207 0

Estoniyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

Mayın 1-dək Estoniyada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Estoniyada son sutkada koronavirusa yoluxanların sayı daha 51 nəfər artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Estoniya Səhiyyə Departamenti yayıb.

Bildirilib ki, koronavirusa yoluxanların ümumi sayı 1 258 nəfərəçatıb, 24 nəfər isə pandemiyanın qurbanı olub.

Yanvarın 31-dən Estoniya üzrə koronavirusla bağlı 27 mindən çox test icra olunub.

Qeyd edək ki, mayın 1-dək Estoniyada fövqəladə vəziyyət rejimi tətbiq edilib.