Rusiyada koronavirusa yoluxanların sayı 12 minə çatır


Dünya 10 Apr 2020 11:33:54 145 0

Rusiyada koronavirusa yoluxanların sayı 12 minə çatır

Rusiyada son bir gündə 1 786&nəfərə koronavirus diaqnozu qoyulub, 18&nəfər virusun qurbanı olub.

Rusiyada son bir gündə 1 786nəfərə koronavirus diaqnozu qoyulub, 18nəfər virusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 11 917nəfərə, ölənlərin sayı 94-ə, sağalanların sayı isə 795nəfərə çatıb.

Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada qeydə alınıb - 1 124. Beləliklə, Moskvda qeydə alınmış yoluxma hallarının sayı 7 822-yə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 605 000-i ötüb. Bunların 356 969 nəfəri sağalıb, 95 765 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.