Koronavirus Yəməndə də qeydə alındı


Dünya 10 Apr 2020 12:21:00 97 0

Koronavirus Yəməndə də qeydə alındı

Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Virusa ölkənin şərqindəki Hadramut əyalətində bir şəxsin yoluxduğu deyilir. Onun vəziyyətinin stabil olduğu bildirilib.

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı koronavirus epidemiyası ilə əlaqədar Yəməndə atəşkəs elan etmişdi.