Uşaqlara bu qidaları əsla verməyin, yoxsa...


Digərləri 10 Apr 2020 11:15:00 116 0

Uşaqlara bu qidaları əsla verməyin, yoxsa...

Tanınmış pediatr Gülşən Həsənova koronavirus da daxil olmaqla qrip və digər infeksiyaları hansı uşaqların daha ağır keçirdiyini açıqlayıb.

Son.az xəbər verir ki, həkim müsahibəsində uşaqları koronavirusdan qorumağın yolları və valideynlərin uşaqların tez-tez xəstələnməsinə yol açan əsas xətalarından söz açıb.

- Koronavirus riski altında olan kateqoriyaya hamilə qadınlar da daxildirmi?

- Hamilələrin virusa yoluxmaq riski digər şəxslərlə demək olar ki, eynidir. Türkiyədə müşahidə olunmuş hadisədən misal gətirəcəm. Qardaş ölkədə virusa yoluxmuş 9 hamilə qadın aşkar edilib, onlardan 4-də simptomlar doğuşdan əvvəl, 2-də doğuş günü, 3-də isə doğuşdan sonra aşkar edilib. Əsas simptomlar hərarət və öskürək olub, yalnız bir nəfərdə bununla yanaşı diariya müşahidə olunub.

Ümumiyyətlə COVID-19-un vertikal ötürülməsi hələ təsdiq olunmayıb. Şükürlər olsun ki, Azərbaycanda da hələ bu infeksiyaya yoluxan hamilə qadın və yeni doğulmuş aşkar edilməyib. Bu, ölkəmizdə koronavirus əleyhinə aparılan profilaktik tədbirlər, əhalinin maarifləndirilməsi və günü-gündən daha ciddi karantin rejiminin həyata keçirilməsi ilə bağlıdır. Dövlətimizin bu sahədə yürütdüyü siyasət təqdirəlayiqdir.

- Hamilə qadının bu infeksiyaya yoluxması dünyaya gələcək körpənin səhhətinə təsir edə bilərmi?

- Bəli, virus asanlıqla yeni doğulmuş körpəyə keçə bilər. Türkiyədə aşkar olunub ki, virusa yoluxan hamilə qadınların dünyaya gələn övladları da bu xəstəliyə yoluxub. Körpələrdə ciddi respirator pozğunluq simptomları üzə çıxıb. Biri isə vəfat edib.

- Karantin rejimində yeni doğulan körpələrin sağlamlığına nəzarət hansı səviyyədədir?

- Ölkəmizdə nəzarət yüksək səviyyədədir. Respirator və bağırsaq infeksiyaları əlamətləri olarsa, bu halda sahə həkimlərinə müraciət etmək tapşırılıb. COVID-19-dan şübhələndiyi halda xəstə 103-ə zəng edir, evindən çıxıb xəstəxanaya getmir. İnsanların xəstəxanalara gedişi məhdudlaşdırılıb. Yalnız iki kateqoriyaya daxil olanlara icazə verilir: cərrahi müdaxilələr və doğuş. Xəstəxanada bu iki kateqoriyaya üstünlük verildiyi və onlara daha əlverişli şərait yaradıldığı üçün övladını dünyaya gətirən ana da, körpə də tam nəzarət altında olur. Çünki onların xəstəxanaya daxil olan digər xəstələrlə kontaktı məhdudlaşır. Ana və körpələrə xüsusi nəzarət var. Yeni doğulmuşlardan daha çox yarımçıq və hər hansı patologiyalarla doğulmuş uşaqların koronavirusa tutulduğu halda ağırlaşma riski var.

- Ümumiyyətlə körpəsi olan analar azyaşlı uşaqlarını bu infeksiyadan qorumaq üçün hansı tədbirləri görməlidir?

- Təbii ki, karantin rejiminin qaydalarına riayət etmək lazımdır. Əgər valideynlər uşağın hava almasını istəyirlərsə, yaxşı olardı ki, küçəyə yox, eyvana çıxarsınlar və digər insanlarla kontaktdan qaçsınlar.

Qaydalara mütləq riayət etməlisiniz. Çünki COVID-19 hava-damcı və kontakt infeksiyasıdır. Bu baxımdan övladlarınızın əllərini tez-tez sabunlamasına nəzarət edin, otağın havasını mütəmadi dəyişin, otaq temperaturunu 18-23 dərəcə edin. Otaq həddən artıq isti temperaturda olmamalıdır. Bu, virusların, onunla yanaşı bakterial infeksiyaların tənəffüs yollarında aktivləşməsi üçün çox əlverişli mühit yaradır. Bol maye qəbul etmələri məsləhətdir, çiy ət və digər heyvan məhsullarının yeyilməsindən qaçınmalıdır. Bir çox ana əti steyk şəklində yüngülvari qızardaraq uşağa yedirir. Məsləhətdir ki, çiy heyvan mənşəli məhsullar uşaq rasionundan kənarlaşdırılsın.

- Hiperaktiv uşaqların sağlamlığını nəzarətdə saxlamaq üçün nə tövsiyə edərdiniz?

- Məlum olduğu kimi, hiperaktiv uşaqlar bir dəqiqə belə yerində oturmur, fikirləri dağınıq olur, öz həmyaşıdları ilə ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Təbii ki, onların tərbiyəsi ilə məşğul olmaq, vaxt ayırmaq ana üçün çətinlik törədir. Amma çox aktiv uşaqla, hiperaktiv uşaq arasında böyük fərq var, onları qarışdırmaq olmaz. Hiperaktivlik beyin funksiyasında olan psixofizioloji pozğunluqdur və oğlan uşaqlarında daha çox rast gəlinir. Ən əsas əlamətləri də diqqətsizlik və yaddaş problemləridir. Belə uşaqlar çox səbrsiz, narahat, emosional və ağlağan olur, davranış qaydalarını çətin mənimsəyirlər. Odur ki, hiperaktiv uşaqların hərəkətinə nəzarət etmək analardan əlavə enerji və güc tələb edir. Koronavirusla bağlı olan karantin rejimində belə uşaqları evdə saxlamaq, onlarla düzgün davranmaq ana üçün həqiqətən də çətinlik yaradır. Hiperaktiv uşaqları olan analara səbrli olmağı arzu edir, anlayışlı davranmalarını məsləhət görürəm. Gəzinti və istirahətlə bağlı məhdudiyyətlər var deyə, həmin uşaqla yalnız evdə məşğul olmaq mümkündür. Problemin müvəqqəti həlli kimi oyuncaqlar və oyunlar oynamağı məsləhət görərdim. Yuxu rejiminə diqqət etmək lazımdır, ən azından 7-8 saatlıq sağlam yuxuları olmalıdır. Çünki sağlam yuxu belə uşaqların sakit olmasına kömək edən vacib üsuldur.

Hiperaktiv uşaqları gəzməyə çıxara bilməyən valideynlər onların başını qablaşdırılmış məhsullarla, konfet və şokoladlarla qatmağa çalışır. Uşaqlara tərkibində qida və müxtəlif qatqı maddələri olan şirniyyatların, ədviyyatlı və duzlu məhsulların verilməsini tövsiyə etmirəm. Çünki bu, onların hiperaktivliyini bir qədər də artırır və aqressiv olmalarına səbəb olur.

- Yeri gəlmişkən, uşaqların qida rasionunda daha hansı dəyişiklikləri etmək zəruri və qaçılmazdır?